Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İran-Azərbaycan sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin yaxşılaşdırılması müzakirə edilib

23.10.2025 18:57 861
İran-Azərbaycan sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin yaxşılaşdırılması müzakirə edilib
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının (ICCIMA) nümayəndə heyətləri İranın Azərbaycan və Türkiyə ilə sərhədində üç əsas sərhəd-keçid məntəqəsində olublar.

Bu barədə IRU-nun məlumatında deyilir.

Nümayəndə heyətləri "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən Bazərgan (İran-Türkiyə), Astara (İran-Azərbaycan) və Biləsuvar (İran-Azərbaycan) məntəqələrinə baş çəkiblər.

Səfərlər zamanı avtomobil yük daşımaları (BYD) üçün beynəlxalq gömrük tranzit sisteminin tətbiqi vasitəsilə nəqliyyat əməliyyatlarının səmərəliliyini və təhlükəsizliyini artırmaq imkanlarını müəyyən etmək üçün mövcud infrastruktur və gömrük prosedurlarının qiymətləndirilməsinə xüsusi diqqət yetirilib.

Görüşlərin nəticələrinə əsasən, tərəflər aşağıdakılarla bağlı razılığa gəliblər: yük avtomobillərinin sərhəddən keçidini sürətləndirmək məqsədilə BYD sistemi üzrə daşımalar üçün "yaşıl dəhlizlər"in yaradılması; operatorların BYD sisteminə çıxışının asanlaşdırılması, birbaşa sərhəd məntəqələrində BYD kitabçalarının (Carnet TIR) rəsmiləşdirilməsi imkanının təmin edilməsi; Ərdəbil Ticarət-Sənaye Palatasını regional mərkəzə çevirməklə BYD kitabçalarının əlçatanlığının yaxşılaşdırılması.скачать dle 11.3
Mojo.az Banner