Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İki ildə bu səbəbdən 8,1 milyon insan ölüb - Havanın ən çirkli olduğu ölkələr və şəhərlər

21.10.2025 18:58 546
İki ildə bu səbəbdən 8,1 milyon insan ölüb - Havanın ən çirkli olduğu ölkələr və şəhərlər
Hava çirkliliyini çox vaxt gözlə görə bilmirik, lakin bu, həyatımızı ciddi şəkildə təhdid edən təhlükədir. Son araşdırmalar göstərir ki, Altsheymer  və demensiya kimi beyin xəstəliklərinin yaranmasında ətraf mühit amilləri, xüsusilə də hava çirkliliyi mühüm rol oynayır. Hava çirkliliyi yalnız idrak funksiyalarını zəiflətmir, eyni zamanda ölümcül nəticələrə də səbəb olur.

Median.Az xəbər verir ki, son iki ildə dünya üzrə 8,1 milyon nəfər bu səbəbdən həyatını itirib.

Pensilvaniya Universitetinin Perelman Tibb Fakültəsində aparılan araşdırmaya görə, havadakı zərərli toz hissəcikləri beyində toksik zülalların yığılmasını sürətləndirir və bu da idrak qabiliyyətinin azalmasına səbəb olur.

"JAMA Neurology” jurnalında yayımlanan tədqiqatda, incə toz hissəcikləri kimi tanınan PM2.5 səviyyəsinin Altsheymer və demensiya xəstəliklərində görülən beyin dəyişiklikləri və simptomların ağırlığı ilə necə əlaqəli olduğu araşdırılıb.

Penn Medicine Beyin Bankında 1999–2022-ci illər arasında vəfat edən 602 nəfərin beyinləri üzərində tədqiqat aparılıb. İştirakçılar arasında həm demensiya xəstələri, həm də xəstə olmayan yaşlı şəxslər yer alıb.
Araşdırmada hər bir şəxsin ölümündən və ya son nevroloji qiymətləndirməsindən əvvəl hansı səviyyədə hava çirkliliyinə məruz qaldığı, ev ünvanlarına əsaslanaraq hesablanıb.

Nəticələr göstərib ki, daha çox çirklənmiş hava ilə yaşayan şəxslərin beyinlərində Alzheimer tipli dəyişikliklər daha irəliləmiş olub. PM2.5 səviyyəsində hər artım, xəstəliyin daha ağır keçmə ehtimalını 19 faiz artırır.

Eyni zamanda, demensiya dəyərləndirməsi aparılmış 287 nəfərlik ayrıca qrupda da daha çox çirklənməyə məruz qalmanın yaddaş itkisi, qərarvermə pozğunluğu və danışıq çətinliyi kimi əlamətləri ağırlaşdırdığı müşahidə olunub. Araşdırmaçılara görə, hava çirkliliyi ilə demensiyanın şiddəti arasındakı əlaqənin 63 faizi Alzheimer ilə bağlı beyin dəyişiklikləri ilə izah olunur.
Dünyada hava keyfiyyətini ölçən IQAir şirkəti hər il "ən çirkli ölkələr və şəhərlər” siyahısını açıqlayır. Hələ 2025 hesabatı dərc olunmasa da, 2024 Dünya Hava Keyfiyyəti hesabatına görə, keçən ilin ən çirkli havasına malik ölkələr bunlardır:

Çad, Banqladeş, Pakistan, Demokratik Konqo Respublikası, Hindistan, Tacikistan, Nepal, Uqanda, Ruanda, Burundi, Nigeriya, Misir, İraq, Qana və İndoneziya.

Ən çirkli 20 şəhər isə əsasən Cənubi Asiyada yerləşir:
Byrnihat (Hindistan), Dehli (Hindistan), Karağandı (Qazaxıstan), Mullanpur (Hindistan), Lahor (Pakistan), Faridabad (Hindistan), N’Djamena (Çad), Loni (Hindistan), Yeni Dehli (Hindistan), Multan (Pakistan), Pişəvər (Pakistan), Sialkot (Pakistan), Gurgaon (Hindistan), Ganganagar (Hindistan), Hotan (Çin), Greater Noida (Hindistan), Bhiwadi (Hindistan), Muzaffarnagar (Hindistan), Hanumangarh (Hindistan), Noida (Hindistan).

"State of Global Air 2024” hesabatına görə, hava çirkliliyi səbəbilə dünyada hər il 8,1 milyon nəfər həyatını itirir. Bu ölümlərin 700 minindən çoxu 5 yaşdan aşağı uşaqlardır və bu da həmin yaş qrupundakı bütün qlobal ölümlərin 15 faizinə bərabərdir.
скачать dle 11.3
Mojo.az Banner