Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Füzuli Şəhəri Günü tədbirləri atəşfəşanlıqla başa çatdı

17.10.2025 20:09 612
Füzuli Şəhəri Günü tədbirləri atəşfəşanlıqla başa çatdı
2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri də Füzuli şəhəri oldu. Bir zamanlar xarabalığa çevrilən şəhər indi yenidən dirçələrək həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr Füzuli Şəhəri Gününü də öz doğma yurdlarında qeyd edirlər.

Füzuli şəhərində Füzuli Şəhəri Günü münasibətilə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla yekunlaşıb.

Qeyd edək ki, Füzuli Şəhəri Günü münasibətilə bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən "Çəkməli pişik” tamaşasının nümayişi olub.

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi və təsviri sənət üzrə ustad dərsləri keçirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunub "Zəfərin ruhu" adlı sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda, Azərbaycanın yenilməzliyinin, iradəsinin və Qarabağın sürətlə bərpa olunmasının canlı mesajıdır. Füzuli şəhərinin azad edilməsi tarixi Qələbəmizin ən şanlı səhifələrindən biri kimi bu gün Böyük Qayıdış Konsepsiyasının ən parlaq nümunələrindən birinə çevrilib. Sərginin məhz bu qəhrəman şəhərdə keçirilməsi həm şəhidlərimizin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan xalqımızın qürur hissinin təcəssümüdür.

Tədbir çərçivəsində uşaqlar üçün rəsm ustad dərsləri təşkil olunub. Təcrübəli müəllimlər balaca iştirakçılara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Bu ustad dərsləri uşaqlara həm rəssamlıq biliklərini inkişaf etdirməyə, həm də tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradır.

Daha sonra isə Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı olub. Qala konsertdə incəsənət xadimlərinin iştirakı ilə ifalar səsləndirilib. Həmçinin rəqqasların çıxışları izlənilib. Balaca fidanlar musiqi sədaları altında rəqsə qoşulublar. Həmçinin yeniyetmə idmançılar meydanda məharətlərini göstəriblər.

Tədbirlərin yekununda isə şəhər mərkəzində atəşfəşanlıq olub. Səmaya çox sayda fişənglər atılıb.

Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

Son xəbərlər