Mojo.az Banner
17:33 "Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya cavab (VİDEO)  |     17:08 Qızıl və gümüş bahalaşdı  |     16:59 Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir  |     16:29 Kansler: "Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır"  |     16:26 Şikayətlərdən sonra Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı  |     15:54 Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar  |     15:51 Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR  |     15:47 Fransa millisi Zidana tapşırıldı  |     15:09 Milli Mətbuat Günü hava necə olacaq?  |     15:01 Həyətində narkotik yetişdirirmiş  |     14:54 Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı  |     14:49 Bankın direktor müavini binadan yıxılıb öldü  |     14:43 Azərbaycan əhalisinin sayı açıqlandı  |     14:35 Pirallahıda avtobus piyadanı vurub öldürdü  |     14:30 Məşhur narkobaron ömürlük həbs edildi  |     14:24 Şri-Lankada denge qızdırması ilə mübarizədə hərbi dronlar tətbiq edilir  |     14:21 Hörmüz boğazındakı gərginlik nefti bahalaşdırdı: Azərbaycan üçün nəticələr nə olacaq?  |     12:58 Futbol üzrə dünya çempionatı Meksikaya üç milyon xarici turist cəlb edib  |     12:56 Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü  |     12:47 Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı  |    
Left Banner
Right Banner

Vilayət Eyvazov Kollegiya iclası keçirdi

17.10.2025 18:06 510
Vilayət Eyvazov Kollegiya iclası keçirdi
Daxili İşlər Nazirliyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə", "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlərə", habelə cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək əksəriyyətinin müraciəti yerində həll olunub, həmçinin 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər də bütövlükdə qənaətbəxş olub, əvvəlki dövrlərin müsbət təmayülləri daha da inkişaf etdirilib.

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 6,9 faiz, o cümlədən qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, informasiya texnologiyalarından istifadə edilməklə, odlu silahın tətbiqi ilə və əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən, ailə münaqişəsi zəminli və qrup halında cinayətlərin sayı azalıb. Qeyri-aşkar şəraitdə baş verən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.

Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.

Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.

Yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb.

"Formula-1 Azərbaycan Qran Pri"si, III MDB Oyunları, həmçinin respublika və beynəlxalq əhəmiyyətli digər kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik etibarlı və peşəkarlıqla qorunub.

Diqqətə çatdırıb ki, daxili işlər orqanlarında xidmətin müasir tələblər səviyyəsində təşkili, əməkdaşların peşəkarlığının artırılması, təcrübəli və yüksək ixtisaslı kadr korpusunun formalaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə zəruri tədbirlər davam etdirilib, gənclərin xidmətə qəbulunun təşviqi və təbliği məqsədilə ali və orta ümumtəhsil müəssisələrində mütəmadi görüşlər keçirilib.

Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzəətrafı çıxışlar dinlənilib.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.

Əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi və bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.

Antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəsinin yüksəldilməsi barədə konkret vəzifələri müəyyən edib.

Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılmasının, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılmasının zəruriliyini nəzərə çatdırıb.

İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.скачать dle 11.3
Mojo.az Banner