Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sədərək”dəki sahibkarlar nə istəyir? - VİDEO

15.10.2025 12:49 438
“Sədərək”dəki sahibkarlar nə istəyir? - VİDEO
Qafqaz regionundakı ən böyük ticarət mərkəzi olan “Sədərək”də Dövlət Reklam Agentliyi (ADRA) ilə sahibkarlar arasındakı narazılıq barədə məlumat vermişdik.

Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim İctimai TV-yə bildirib ki, agentliyin atdığı addımlar qanunsuzdur: “Bura bizim qapalı ərazimizdir. Reklam agentliyinin işçiləri artıq neçənci dəfədir ki, heç bir xəbərdarlıq etmədən ağır texnikalarla gələrək söküntü aparmağa çalışırlar. Halbuki bura qapalı ərazidir və onların gəlib söküntü aparması qanunsuzdur. Reklam haqqında qanun da bunu deyir”.

Dövlət Reklam Agentliyindən isə bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanlardakı reklamlar mülkiyyət əsasında müəyyən edilmir və “Sədərək”dəki reklam lövhələri açıq məkanda yerləşdirilməklə yol kənarlarından, uzaq məsafələrdən açıq şəkildə görünür.

Qeyd edək ki, ticarət mərkəzində sahibkarlarla və ADRA əməkdaşları arasında baş vermiş insident zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.скачать dle 11.3

Son xəbərlər