Mojo.az Banner
21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?

14.10.2025 22:09 525
Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
"Henley & Partners" konsaltinq şirkəti yeni pasport indeksini dərc edərək, ölkələri vətəndaşları üçün vizasız gediş-gəliş yerlərinin sayına görə sıralayıb.

Qaynarifno xəbər verir ki, Sinqapur yenə də birinci yeri tutub. ABŞ isə ilk dəfə olaraq ilk 10-luqdan çıxıb və 12-ci yerdə qərarıaşıb

2025 Pasport İndeksində ilk üç yeri Asiya ölkələri tutur: Sinqapur 227 ölkə və yurisdiksiyadan 193-nə vizasız səyahət imkanı ilə birinci yerdədir. İkinci yerdə Cənubi Koreya (190 ölkə), üçüncü yeri isə Yaponiya tutur (189 ölkə).

İndeks 20 il əvvəl yaradılandan bəri ilk dəfədir ki, Birləşmiş Ştatlar artıq dünyanın ilk on ən güclü pasportları arasında deyil. "2014-cü ilin reytinqində birinci olan Amerika pasportu indi 12-ci yerə enib və eyni yeri Malayziya ilə bölüşür. ABŞ vətəndaşları 227 ölkədən 180-nə vizasız səyahət edə bilər.

Reytinq tərtibçiləri ABŞ pasportunun reytinqinin aşağı düşməsini son bir ildə baş verən bir sıra dəyişikliklərlə əlaqələndiriblər. Aprel ayında ABŞ braziliyalılar üçün vizasız səyahətini dayandırdıqdan sonra Braziliya ABŞ vətəndaşları üçün viza tətbiq edib. Bunun ardınca Papua Yeni Qvineya və Myanma viza düzəlişləri edib. Bu yaxınlarda Somalinin yeni elektron viza sistemini (eVisa) işə salması və Vyetnamın ABŞ-ı Vizadan İmtina Proqramından çıxarmaq qərarı son zərbəni vuraraq ölkəni ilk onluqdan çıxarıb.

"Henley & Partners" şirkətinin sədri Kristian Kalin qeyd edib ki, kiçik görünən bu dəyişikliklərin böyük nəticələri var: "Son on ildə ABŞ pasportunun əhəmiyyətinin azalması reytinqlərin dəyişdirilməsindən daha çox şeydir; bu, qlobal mobillik və yumşaq güc dinamikasında əsaslı dəyişiklikdən xəbər verir. Açıqlığı və əməkdaşlığı qəbul edən ölkələr sürətlə inkişaf edir, köhnə imtiyazlara arxalanan ölkələr isə geridə qalır".

Böyük Britaniya pasportu da reytinqdə nəzərəçarpacaq geriləmə yaşayıb, ən aşağı mövqeyə (səkkizinci) düşüb, baxmayaraq ki, cəmi bir il əvvəl Britaniya pasportu altıncı yerdə idi və 2015-ci ildə reytinqə başçılıq edirdi.

2025-ci il reytinqinin ilk onluğuna Almaniya, İtaliya, Lüksemburq, İspaniya və İsveçrə daxildir (4-cü yer, 188 ölkəyə vizasız giriş); Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya və Hollandiya (5-ci yer, 187 ölkə); Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya və İsveç (6-cı yer, 186 ölkə); Avstraliya, Çexiya, Malta və Polşa (7-ci yer, 185 ölkə); Xorvatiya, Estoniya, Slovakiya, Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya (8-ci yer, 184 ölkə); Kanada (9-cu yer, 183 ölkə); Latviya və Lixtenşteyn (10-cu yer, 182 ölkə).

Azərycan pasportu 72-ci illədə qərarlaşıb. Vətəndaşlarımız hazırda dünyanın 227 ölkəsindən 71-nə vizasız səfər edə bilir.

Reytinqin sonuncu pilləsində, həmişə olduğu kimi, vətəndaşları yalnız 24 ölkəyə vizasız gedə bilən Əfqanıstan (106-cı yer), Suriya (26 ölkə, 105-ci yer) və İraq (29 ölkə, 104-cü yer) kimi ölkələr qərarlaşıb.

Rusiya pasportu builki reytinqdə 50-ci yeri tutub (114 ölkəyə vizasız gediş-gəliş). Rusiya pasportu Moldova (48-ci yer, 121 ölkə) və Venesueladan (49-cu yer, 118 ölkə) geri qalır. Qardaş Türkiyə pasportu 51-ci yerdir. Türkiyə vətəndaşları 113 ölkəyə vizasız səfər edir.скачать dle 11.3
Mojo.az Banner