Mojo.az Banner
18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq

14.10.2025 20:23 891
Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq
Şərqi Zəngəzurda yerləşən "Araz Vadisi iqtisadi zonası" və Qarabağda yerləşən Ağdam sənaye parklarında yeni layihələr həyata keçirilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı bildirib.

"Belə ki, "Araz Vadisi" Sənaye Parkında 8 milyon manat investisiya ilə soyutma avadanlıqlarının istehsalı müəssisəsi qurulacaq, ildə 5 növdə 3 680-dən çox avadanlıq istehsal ediləcək. Ağdam Sənaye Parkında isə 6 milyon manat dəyərində mebel fabriki fəaliyyətə başlayacaq. Müəssisədə müxtəlif təyinatlı mebellər, yumşaq panellər və metal aksesuarlar istehsal olunacaq. Bu iki müəssisənin işə düşməsi ilə əlavə olaraq 100-ə yaxın daimi iş yeri yaradılacaq".

"Ağdam və "Araz Vadisi" sənaye parklarında rezident olmaq üçün sahibkarlar 10-dan çox yeni layihə təqdim edib. Əsas istiqamətlər tikinti materialları, mebel, tekstil və məişət məhsullarının istehsalıdır", - deyə mətbuat katibi əlavə edib.скачать dle 11.3
Mojo.az Banner