Mojo.az Banner
18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın avtobus sürücüləri nə vaxt işə başlayacaq? - AÇIQLAMA

06.10.2025 20:45 504
Bakıda qadın avtobus sürücüləri nə vaxt işə başlayacaq? - AÇIQLAMA
""BakuBus" MMC fəaliyyətə başladığı gündən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu əsas prioritet istiqamət olaraq müəyyən etmiş, bu məqsədlə ardıcıl tədbirlər həyata keçirib. Eyni zamanda, şirkət gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına daim diqqət yetirir".

Bunu "Unikal"ın sorğusuna cavab olaraq “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva deyib. O bildirib ki, qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması təşəbbüsü "BakuBus" MMC üçün prioritet mövzulardan biridir:

"Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb. Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq təlim prosesini uğurla başa vurmaq üzrədir. Onlar qapalı təlim meydançasında praktiki bacarıqları tamamlayaraq "BakuBus" MMC-nin istismarında olan avtobuslarla şəhər turu üzrə praktiki təlimlərini davam etdirirlər.

Növbəti mərhələdə namizədlər nəzəri, praktiki imtahan verəcəklər və uğur qazandıqları təqdirdə, rəsmi olaraq "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlayacaqlar. Qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizlik səviyyəsinin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək".скачать dle 11.3
Mojo.az Banner