Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaxın onilliklərdə məlumat mərkəzləri kosmosa yerləşdiriləcək - Ceff Bezos

04.10.2025 20:52 549
Yaxın onilliklərdə məlumat mərkəzləri kosmosa yerləşdiriləcək - Ceff Bezos
"Amazon" şirkətinin qurucusu və icraçı sədri Ceff Bezos İtaliyanın Turin şəhərində keçirilən "Texnologiya Həftəsi” zamanı kosmosun gələcəyi ilə bağlı futuristik bir proqnoz verib. O bildirib ki, qarşıdakı 10–20 il ərzində kosmosda "gigavat gücündə məlumat emalı mərkəzləri” inşa olunacaq.

Qaynarinfo xəbər verir ki, Bezosun fikrincə, fasiləsiz mövcud olan günəş enerjisi bu mərkəzlərin Yer üzündəki analoqlarından daha səmərəli olmasına imkan verəcək.

Bezosun "Reuters" agentliyinə istinadən dediyinə görə, bu fikir artıq bir çox texnologiya nəhəngləri arasında maraq doğurub. Çünki Yer üzündəki məlumat mərkəzləri sürətlə artan enerji və su tələbatı ilə qarşı-qarşıyadır — xüsusilə serverlərin soyudulması üçün.

"Bu nəhəng klasterləri kosmosda qurmaq daha məqsədəuyğundur. Orada 24 saat fasiləsiz günəş enerjimiz var. Bulud, yağış və ya hava şəraiti problemi yoxdur", deyə Bezos qeyd edib.

Onun sözlərinə görə, bu plan qarşıdakı bir neçə onillik ərzində reallaşa bilər. Bezos hesab edir ki, kosmik infrastrukturun yaradılması, kosmosun Yer üzündə həyat şəraitini yaxşılaşdırmaq məqsədilə istifadəsinin daha geniş bir tendensiyasının tərkib hissəsidir. O, bu baxımdan hava proqnozu və rabitə peyklərini nümunə göstərib:

"Sonrakı mərhələ məlumat mərkəzləridir, daha sonra isə digər istehsal növləri gələcək".

Bezos əlavə edib ki, məlumat mərkəzlərini kosmosa yerləşdirmək bir sıra çətinliklər yaradır — texniki xidmətin və modernləşmənin mürəkkəbliyi, raket buraxılışlarının yüksək dəyəri və uğursuz start riskləri bunlar arasındadır.

"Amazon" rəhbəri həmçinin süni intellektin (AI) inkişafını 2000-ci illərin əvvəllərindəki internet bumu ilə müqayisə edib və insanlığı nikbin olmağa çağırıb. Onun sözlərinə görə, süni intellekt dalğası da "dotcom” dövrü kimi əvvəlcə böyük həyəcan yaratsa da, nəticədə cəmiyyətə dərin və davamlı təsir göstərəcək.

"Biz süni intellektin ictimai və faydalı nəticələrinə son dərəcə optimist yanaşmalıyıq. 25 il əvvəl internetlə olduğu kimi, bu dəyişiklik də gerçəkdir və uzunömürlü olacaq. Sadəcə, potensial ‘balonlar’ və onların partlaması ilə real inkişafı bir-birindən ayırmaq lazımdır", deyə Bezos vurğulayıb.

O, yaxın illərdə süni intellektin üstünlüklərinin geniş şəkildə tətbiq olunacağını da qeyd edib.

Son xəbərlər