Mojo.az Banner
21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |     21:03 İsti hava psixi sağlamlığa ziyandır  |     20:58 "İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər"  |     20:50 Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Video  |     20:45 Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı  |     20:37 Tramp yeni ABŞ pasportunun şəklini paylaşdı  |     20:29 Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?  |     20:22 Xəzərdə 40 min suiti ölüb - Araşdırma  |     20:17 “iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir  |     20:08 Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video  |     20:00 "Tesla" üçün vəziyyət dəyişdi: Avropa satışları kəskin artdı  |     19:55 Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? (VİDEO)  |    
Left Banner
Right Banner

Kiyev məhkəməsi "Oleq Bakinski"nin Ukraynada yaşamaq icazəsini bərpa etdi

02.10.2025 11:38 510
Kiyev məhkəməsi
Kiyev Dairə İnzibati Məhkəməsi Azərbaycandan olan 65 yaşlı iş adamı, Kiyev Azərbaycanlıları Konqresinin təsisçisi və rəhbəri, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin barəsində əvvəl qəbul olunmuş qərarları qanunsuz sayaraq, onun Ukraynada yaşamaq icazəsinin ləğvini qüvvədən salıb. Məhkəmə hökumət qurumlarını icazəni bərpa etməyə məcbur edib.

Median.Az
bu barədə anticor.ua-ya istinadla xəbər verir.

Məhkəmə materiallarına görə, iş yenidən araşdırılıb və üç ildən artıq davam edən çəkişmədə "Oleq Bakinski"nin mövqeyi nəzərə alınıb.

Hadisənin əsası 11 iyul 2022-ci il tarixli təqdimata dayanır. Həmin vaxt Kiyev Milli Polisinin Strateji İstintaqlar İdarəsi Krapivini "Ukraynada azərbaycanlı kriminal aləmin liderlərindən biri" kimi təqdim etmiş, onu cinayətkar qrupların fəaliyyətini təşkil etməkdə və maliyyələşdirməkdə ittiham etmişdi. Bu təqdimatın ardından 26 iyul 2022-ci ildə Kiyev Miqrasiya Xidməti onun yaşamaq icazəsini ləğv etmiş və Ukraynaya girişinə qadağa qoymuşdu.

Qeyd edək ki, həmin qərarlar qəbul ediləndə Oleq Krapivin artıq ölkədən kənarda idi - o, 30 mart 2022-ci ildə Ukraynadan çıxmışdı.

Xatırladaq ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunaraq saxlanılmışdı. Ona qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və silah və ya silah qismində istifadə olunan əşya ilə xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Krapivin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq, cəza şərti hesab olunub və altı aylıq sınaq müddəti müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner