Mojo.az Banner
20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |     20:16 Avqust ayında pulu tükənməyəcək BÜRCLƏR  |     20:10 Qızıl bahalaşmaqda davam edir: Bazarın əsas hərəkətverici qüvvəsi nədir?  |     20:01 Kart limitləri və rəqəmsal manat: Bank sistemində yeni dövr başlayır?  |     19:55 Azərbaycandan Ermənistana açıq mesaj: Konstitusiya dəyişikliyi əsas tələbdir  |     19:49 Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?  |     19:43 Naxçıvanda yüksək vəzifəyə təyinat  |     19:34 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək  |     19:28 Bu ölkənin deputatları sosial media hesablarını sildilər  |     19:23 Bakı Metropolitenində xətlərin ayrılması bu üstünlükləri yaradacaq - FOTO  |     19:10 Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək  |     19:02 Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı  |     18:57 FIFA-ya qadın rəhbərlik edə bilər  |     18:49 Onlayn narkotik satanlar həbs edildilər - Video  |     18:44 Sabah 39 dərəcə isti olacaq  |     18:35 Çempionlar Liqası: "Fənərbağça" Avstriya klubuna qarşı  |    
Left Banner
Right Banner

Sentyabr ayında 5600 hektardan çox ərazi minalardan təmizlənib

01.10.2025 20:59 873
Sentyabr ayında 5600 hektardan çox ərazi minalardan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə sentyabr ayı ərzində 118 tank əleyhinə mina, 522 piyada əleyhinə mina, 5286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 5622.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.скачать dle 11.3
Mojo.az Banner