Mojo.az Banner
13:13 "Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm" dedi... - 26 minlik dələduzluq  |     13:05 Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)  |     13:00 Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək  |     12:53 Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə  |     12:45 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində YANĞIN  |     12:39 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda  |     12:31 Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi - VİDEO  |     12:25 Şəmkirdə iki yük avtomobili TOQQUŞUB - XƏSARƏT ALAN VAR  |     12:12 Astaranın iki kəndində qaz kəsiləcək  |     12:07 "Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     11:59 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     11:54 Netanyahu: "HƏMAS tərk-silah edilmədən Qəzzadan geri çəkilməyəcəyik"  |     11:45 Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu  |     11:40 Çində 18-ci mərtəbədən yıxılan 20 yaşlı qız sağ qalıb  |     11:34 Yay mövsümündə avtomobil sürdükdən sonra niyə radiatoru təmizləmək vacibdir? - Mütəxəssisdən açıqlama  |     11:20 İndoneziya sahillərində güclü zəlzələ baş verib  |     11:15 Britaniya həbsxanalarında yer çatışmır: Məhbuslar vaxtından əvvəl azadlığa buraxılırlar  |     11:07 Prodüser reper Kanye Uesti məhkəməyə verdi  |     11:01 Bakının bu ərazilərində işıq olmayacaq  |     11:00 38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Saatlıdakı cinayətin TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama

27.09.2025 14:10 525
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.

Median.Az xəbər verir ki, bu barədə Oxu.az-a Müdafiə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov APA-ya açıqlamasında bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib: “Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidənqurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb.

Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı olmaqla, ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda şəhid ailələrinin istək və təklifləri də nəzərə alınıb”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsini simvolizasiya edən 44 metrlik monumental abidə inşa edilib: “Həmçinin 44 günlük Vətən müharibəsində hər bir günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar bizim üçün müqəddəs olan bu ərazi xalqımızın mili-mənəvi dəyərlərini, şəhidlərimizin əziz xatirələrini simvolizasiya etdirir. Bu müqəddəs məkanı ziyarət edən hər bir vətəndaşımız burada şəhidlərimizn fədakarlığını hiss edəcək. Bizim irsimizi daim qəlbimdə qoruyacaq”.скачать dle 11.3
Mojo.az Banner