Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda biznes ombudsmanının yaradılması təklif olunur

24.09.2025 19:16 603
Azərbaycanda biznes ombudsmanının yaradılması təklif olunur
"İki gün əvvəl hava limanında taksi xidməti ilə bağlı qərar elan edilərkən rəqabət mühitinin boğulmasına yönəlmiş inzibati yanaşmaların doğru olmadığı barədə əhatəli yazmışdım".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Ombudsman Aparatı hava limanında taksi xidməti və qiymət siyasəti ilə bağlı monitorinq aparıb:

"Rəsmi açıqlamada qeyd edilir ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. Addım təqdirəlayiqdir. Amma hesab edirəm ki, bu məsələyə münasibət bildirməli olan qurum təkcə Ombudsman Aparatı ilə məhdudlaşmamalıdır".

İqtisadçı bildirib ki, ökəmizdə Prezident tərəfindən təyin edilən və birbaşa ona hesabat verən biznes ombudsmanı institutunun yaradılmasına və ona müvafiq səlahiyyətlərin verilməsinə ciddi ehtiyac var:

"Belə bir institut sahibkarların hüquqlarının qorunmasına, inzibati maneələrin aradan qaldırılmasına, ədalətli rəqabət mühitinin təmininə, dövlət-biznes dialoqunun güclənməsinə və ən əsası xarici investorlar üçün etibarlı, cəlbedici iqtisadi mühitin formalaşmasına xidmət edəcək strateji bir mexanizm olar. Ölkəmizdə böyük investisiya forumları keçirilir, cənab Prezident beynəlxalq tədbirlərdə hər dəfə nə qədər məşğul olsa da, mütləq vaxt ayıraraq qlobal investorlarla şəxsən görüşür, ölkəyə investisiyanın cəlbi üçün bütün imkanlar səfərbər edilir. Amma investorlar ayrı-ayrı sahələrdə inzibati metodlarla rəqabətin boğulduğunu görsə, bu, onları tərəddüdə salmazmı?!

Qlobal investor sadəlövh deyil. O, diqqəti cəlb etməyən ən kiçik çatışmazlıqları belə görür, dərindən təhlil edir və qərarlarını buna əsasən verir. Onların gözündən heç nə yayınmır. Buna görə də bu tip məsələlərdə xüsusilə diqqətli olmalıyıq. Məhz buna görə səlahiyyətli biznes ombudsmanı institutunun yaradılması ölkəmizin iqtisadi inkişafında strateji bir addım, önəmli mərhələ olardı".

Son xəbərlər