Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

18 yaşlı gəncin atası sürücü ilə barışmadı - Məhkəmə zalında həbs olundu

23.09.2025 20:43 486
18 yaşlı gəncin atası sürücü ilə barışmadı - Məhkəmə zalında həbs olundu
Avtomobili ilə piyadanı vuraraq öldürən 50 yaşlı Elşən Hüseynovun məhkəməsi keçirilib.

Median.Az
 qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, qəza bu ilin martında paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

E.Hüseynov təyin edilmiş sürət həddini keçərək sükanı arxasında olduğu VAZ markalı avtomobilə nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına doğru istiqamətlənib və piyada 2007-ci il təvəllüdlü İsmayıl Mübariz oğlu Kazımovu vurub. "Sabunçu Tibb Mərkəzi" PHŞ-nin Reanimasiya şöbəsinə çatdırılan İsmayıl daha sonra özəl klinikalardan birinə köçürülüb. Lakin tibbi yardıma baxmayaraq, hadisədən 5 gün sonra vəfat edib.

Məhkəmədə mərhumun atası sürücünü bağışlamadığını, heç bir ödəniş tələb etmədiyini, bunun mənəvi bir məsələ olduğunu deyib və E.Hüseynova ağır cəza verilməsini istəyib.

Məhkəmənin 19 sentyabr tarixli hökmü ilə sürücüyə 5 il 1 ay həbs cəzası verilib. Onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə dəyişdirilib. Sürücünün həbsdən sonra 1 il 9 ay nəqliyyat vasitəsi idarə etmə hüququ da məhdudlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner