Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs tutulub - Video

23.09.2025 12:10 759
Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs tutulub - Video
Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23 300 manat pulu, eləcə də 2 200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner