Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |    
Mojo.az Avto
Mojo.az Avto

Dördüncü kurs tələbəsi olan sevgilisini öldürən şəxsin dostu da HƏBS EDİLDİ - FOTO

22.09.2025 14:59 759
Dördüncü kurs tələbəsi olan sevgilisini öldürən şəxsin dostu da HƏBS EDİLDİ - FOTO
Ötən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı Könül Ağayevanın cinayət işi ilə bağlı daha bir nəfər məhkum edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.

İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, "xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə" və "xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə" cinayətlərini törətmiş olub.

Fotoda: Elvin İsmayılzadə

Xəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: "Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim".

Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.

Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.

Qeyd edək ki, qətlə yetirilən Könül Ağayeva hadisə vaxtı Lənkəran Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. Onun qətlinə görə Elvin İsmayılzadə 19 il azadlıqdan məhrum edilib.

Son xəbərlər