Mojo.az Banner
23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |     22:57 Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama  |     22:51 Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı  |     22:44 Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi  |     22:39 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ  |     22:31 Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR  |     22:26 İlin son Günəş tutulması bu ay olacaq  |     22:20 Bakıda 100-dən çox küçə və prospekt təmir edilir  |     22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |    
Left Banner
Right Banner

Azərbaycan Pakistanla dəniz daşımaları üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

18.09.2025 19:11 771
Azərbaycan Pakistanla dəniz daşımaları üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin İslamabaddakı səfirləri Pakistanın dəniz məsələləri üzrə naziri Məhəmməd Cüneyid Ənvər Çaudri ilə müzakirələr aparıblar.

Bu barədə "Report" Türkmənistan mənbələrinə istinadən xəbər verir.

Tərəflər dəniz daşımaları və liman logistikası sahəsində həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. İştirakçılar bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsinin regional bağlantıların və davamlı iqtisadi artımın gücləndirilməsində əsas rol oynadığını vurğulayıblar.

Danışıqların yekunları üzrə tərəflər tərəfdaşlığın daha da gücləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər. Bununla yanaşı, region ölkələri arasında tranzit və dəniz daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirəsi üçün müntəzəm əlaqələr barədə razılığa gəliblər.скачать dle 11.3
Mojo.az Banner