Mojo.az Banner
17:00 Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alındı  |     16:53 Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - Video  |     16:48 Silahlı hücumdan əvvəl belə xəbərdarlıq edibmiş... - Foto  |     16:43 İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?  |     16:41 Bakıda intensiv yağış yağacaq (XƏBƏRDARLIQ)  |     16:37 Talassemiyalı xəstələrin pulunu mənimsəyənlər haqqında qərar verildi  |     16:34 Şitkət rəhbəri dələduzluğa görə cəzalandırıldı - 40 min də vergi borcu var  |     16:24 Azərbaycanda ilk - Bu yolda sürət həddi 130 olacaq  |     16:19 "Beniz"in məhkəməsi keçirildi  |     16:16 Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI  |     15:47 Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜ  |     15:29 "Bitcoin"in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdı  |     15:26 Qatarlara 18 dəfə daş atılıb  |     15:20 İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar  |     15:11 "Qarabağ"dan xanım azarkeşlərinə növbəti jest  |     15:02 Gəncədə "Changan" yük maşını ilə toqquşdu  |     14:57 Qoca Səmədovun oğlu azadlığa buraxıldı  |     14:45 Tiktoker Nahid Nəsirovun həbs müddəti uzadıldı  |     14:43 Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE  |     14:41 Dəm qazından zəhərlənən uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı  |    
Left Banner
Right Banner

Bakıda piyadalara görə baş verən qəzalar - HADİSƏ ANI (Vİdeo)

17.09.2025 21:25 384
Bakıda piyadalara görə baş verən qəzalar - HADİSƏ ANI (Vİdeo)
2 piyadanın keçiddən istifadə etməməsi, sürücülərdən birinin isə ara məsafəsi saxlamaması qəzaya səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, piyada, keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır: "Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidininin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin də düzgün ara məsafəsi saxlamaması səbəbindən baş verməsini ehtimal etmək olar.

Piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında “28 May” Nəqliyyat Mübadilə Mərkəzində baş verib.

Piyada keçidinin bir neçə metrliyində, dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadın piyadanı avtobus vurub. Xəsarətlə nəticələnən bu qəza da piyada keçidlərdindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərdi".

Təhlükənin aktuallığını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyada və sürücülərə müraciət edib:

"Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməlidirlər. Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər".

O da qeyd olunub ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar. Belə ki, bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.скачать dle 11.3
Mojo.az Banner