Mojo.az Banner
13:07 Bakıya gələn əcnəbinin ayaqqabısında patronlar tapıldı - FOTO  |     12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |     12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |     12:15 Axtarışda olan 317 nəfər saxlanılıb - DSX  |     12:08 Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ  |     12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |     11:42 Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM  |     11:41 Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR (Yenilənib)  |     11:39 Azərbaycanda zəlzələ olub  |     11:39 "Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etdi  |     11:34 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar  |     11:30 Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı  |     11:27 "Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik millisinə çağırıldılar  |     11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |    
Left Banner
Right Banner

Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

16.09.2025 19:25 534
Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb
Sentyabrın 2-də Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatı- "TechnoXian World Cup 9.0" da iştirak edib.

Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.скачать dle 11.3
Mojo.az Banner