Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib

13.09.2025 23:02 1 002
Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib
Bolqarıstanın Sofiya şəhəri başda olmaqla, bir sıra şəhərlərdə vahid Avropa valyutasının tətbiqinə qarşı və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.

Bolqarıstan paytaxtının mərkəzində hərəkəti iflic edən etiraz aksiyasının təşkilatçısı "Dirçəliş" Partiyası olub.

"Etirazımızın mesajı təkdir – hökumətin istefası. Bu, Bolqarıstanı qorumaq, bolqar levini qorumaq üçün vacibdir", – deyə partiya lideri Kostadin Kostadinov jurnalistlərə bildirib.

Aksiya Bolqarıstan parlamentinin binası qarşısında, prezident administrasiyası və hökumət binasının yanında başlayıb. Daha sonra Sofiyanın küçələri ilə kütləvi yürüş təşkil olunub.

Paytaxtda asayişi gücləndirilmiş polis qüvvələri təmin edib.

"Dirçəliş" partiyasının nümayəndələri bildiriblər ki, kütləvi aksiyalar Varna, Plovdiv, Şumen və digər şəhərlərdə də keçirilib.скачать dle 11.3
Mojo.az Banner