Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Baş nazirinin müavini Ermənistanı "iqtisadi siyasətin yenidən dəyərləndirilməsi" ilə hədələyib

06.09.2025 18:11 951
Rusiya Baş nazirinin müavini Ermənistanı
Ermənistanda Avropa İttifaqı ilə yaxınlaşma barədə müzakirələrin fəallaşması Rusiya ilə ticarət dövriyyəsinə 6 milyard ABŞ dollarına başa gəlib. Əgər proses bu şəkildə davam edərsə, Moskva İrəvana qarşı iqtisadi siyasətini yenidən dəyərləndirməli olacaq.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O dəqiqləşdirib ki, ötən il Rusiya ilə Ermənistan arasında ikitərəfli ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib, bu il isə, ehtimal ki, 6 milyard dolları ötəcək.

"Yəni yalnız bu söhbətlərin Ermənistanın ticarət dövriyyəsinə dəyəri 6 milyard dollar olub… Ermənistanın hüququdur ki, harada olmaq istədiyinə özü qərar versin. Amma onlar həm də başa düşürlər ki, bu halda onlar üçün tarif rejimi fərqli olacaq, ölkələrimiz arasında malların sərbəst hərəkəti və gömrük rüsumundan azad ticarət olmayacaq. Bu xüsusilə Ermənistandakı kənd təsərrüfatı istehsalçılarına ciddi zərbə vura bilər", – deyə Overçuk vurğulayıb.

Eyni zamanda, baş nazirin müavini etiraf edib ki, Ermənistan Aİ-dən nəsə əldə edəcək, onun üçün bəzi yeni bazarlar açılacaq.

"Çoxlu nəticələr ola bilər, bunları anlamaq və qiymətləndirmək lazımdır. Bu çox pis ssenaridir, ilk növbədə, sadə insanlar üçün. Biz bunu istəmirik və buna görə də açıq danışırıq", – deyə o əlavə edib.

Son xəbərlər