Bakıda DƏHŞƏT! - Yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşdü - 3 nəfər ÖLDÜ - Video (Yenilənib) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 Cəlilabadda iribuynuzlu heyvan quduzluqdan tələf oldu  |     16:11 51 yaşlı kişi qızdırmadan şoka düşüb öldü  |     15:19 Ermənistanın ABŞ-dəki səfirinin qardaşına qarşı ittiham irəli sürüldü  |     15:02 Rusiyada məşhur "Yaşkino" brendinin sahiblərinin əmlakı həbs olundu  |     14:29 Beyləqanda kafedə iki nəfər g*llələndi  |     14:13 Ötən gün 65 cinayətin açılması təmin olunub  |     14:12 Qazaxıstanda Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı araşdırma başlanıb  |     14:10 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlandı  |     14:09 Qəbələdə 90 yaşlı qadın pilləkəndən yıxılıb öldü  |     14:09 Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu  |     14:08 2026-cı ildə keçiriləcək dünya çempionatına yollanacaq ilk Afrika ölkəsi bəlli oldu  |     14:06 ŞAD XƏBƏR: "TələbəPlus" kartının əhatə dairəsi genişləndirilir - Video  |     13:53 Qazaxdan Bakıya gələn 45 yaşlı kişi itkin düşdü  |     13:47 Astarada toyda baş verən kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI  |     13:33 DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib - Onlarla saxlanılan var  |     13:25 Paşinyanın təyyarəsi Azərbaycan üzərindən uçub - FOTO  |     13:19 Bakıda DƏHŞƏT! - Yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşdü - 3 nəfər ÖLDÜ - Video (Yenilənib)  |     13:13 Overçuk: "Zəngəzur dəhlizi Ermənistan və Rusiya arasında bağlantı quracaq"  |     13:11 Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA  |     23:01 Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu  |    

Bakıda DƏHŞƏT! - Yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşdü - 3 nəfər ÖLDÜ - Video (Yenilənib)

Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:

"Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb".

Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.

* * * * *

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.


FHN-dən verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

* * * * *

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.


İdarədən verilən məlumatda bildirilir ki, sentyabrın 6-da saat 09:30-da paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.


Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.

1 nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd olunub ki, səhər saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.

Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.


скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 047 06.09.25 13:19