Mojo.az Banner
19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ-nin AŞ-dəki nümayəndə heyəti: Azərbaycan və Ermənistanın sülh sazişini imzalaması və ratifikasiya etməsi vacibdir

04.09.2025 19:45 1 035
Aİ-nin AŞ-dəki nümayəndə heyəti: Azərbaycan və Ermənistanın sülh sazişini imzalaması və ratifikasiya etməsi vacibdir
Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi rifaha yaxınlaşmasına kömək edəcək.

Bu barədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı Aİ-nin Avropa Şurasındakı nümayəndə heyətinin bəyanatında deyilir.

Sənəddə vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Ağ Evdə imzalanan sənəd "uzun müddət davam etmiş münaqişəyə son qoyulması istiqamətində mühüm irəliləyiş olub".

"Aİ sülh sazişinin vaxtında imzalanmasını və ratifikasiyasını təmin etməyi vacib hesab edir", - bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, ötən ilin martında sazişin mətni üzrə ikitərəfli danışıqların başa çatması 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır.

Bəyanata Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San-Marino, Serbiya, Ukrayna və Böyük Britaniya qoşulub.скачать dle 11.3
Mojo.az Banner