Mojo.az Banner
11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |    
Mojo.az Avto
Mojo.az Avto

İran XİN: Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik

18.08.2025 12:58 651
İran XİN: Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik
Biz Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik.

Apa xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyir:

“Azərbaycan və Ermənistan tərəfindən bəyanatın imzalanması iki ölkənin suveren qərarı idi. Biz keçmişdə olduğu kimi iki ölkə arasında Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyirik”.

Bəqai vurğulayıb ki, region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması heç bir geosiyasi dəyişiklik olmadan həyata keçirilməlidir:
“Biz region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması ilə razılaşsaq və dəstəkləsək də hesab edirik ki, bu cür marşrutlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanılması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmaqla və heç bir geosiyasi dəyişiklik olmadan həyata keçirilməlidir”.

İran XİN rəsmisi qeyd edib ki, xarici qüvvələrin bölgədə mövcudluğu faydalı hesab edilmir və bu barədə narahatlıq ifadə olunub.

“Xarici qüvvələrin mövcudluğunu faydalı hesab etmirik və narahatlığımızı bildirdik. Bizi əmin ediblər ki, bölgəyə heç bir formada hərbi qüvvələr yerləşdirilməyəcək. Sülh sazişinin mühüm müddəalarından biri də iki ölkənin ümumi sərhədləri boyunca heç bir üçüncü tərəfin hərbi qüvvələrinin yerləşdirilməməsinin vurğulanmasıdır. Ona görə də biz bu məsələdən narahatıq və hadisələrin gedişatını diqqətlə izləyir, hər iki ölkə ilə sıx əlaqə saxlayırıq”.скачать dle 11.3
Mojo.az Banner