Mojo.az Banner
12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |     12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |     12:15 Axtarışda olan 317 nəfər saxlanılıb - DSX  |     12:08 Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ  |     12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |     11:42 Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM  |     11:41 Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR (Yenilənib)  |     11:39 Azərbaycanda zəlzələ olub  |     11:39 "Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etdi  |     11:34 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar  |     11:30 Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı  |     11:27 "Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik millisinə çağırıldılar  |     11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |    
Left Banner
Right Banner

Krımda rusların unikal peyk avadanlığı məhv edildi

01.09.2025 22:25 459
Krımda rusların unikal peyk avadanlığı məhv edildi
İşğal olunmuş Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri rusların bir sıra mühüm obyektlərini məhv ediblər – Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, onların arasında unikal RT-70 radioteleskopu da var.

Bu barədə telemarafon efirində Ukrayna HDQ-nin sözçüsü, 3-cü dərəcəli kapitan Dmitri Pletençuk danışıb.

Xüsusilə, ondan Baş Kəşfiyyat İdarəsinin AR Krım ərazisində bir sıra radiolokasiya sistemlərinin vurulması barədə məlumatı şərh etməsi xahiş olunub.

Hərbçinin sözlərinə görə, 2014-cü ildə işğal olunmuş Ukrayna yarımadasında düşmən çoxlu sayda müxtəlif HHM (hava hücumundan müdafiə) sistemləri yerləşdirib:

"Orada neçə radiolokasiya vasitəsinin olduğunu bəlkə də rusların özləri də deyə bilməzlər. Çünki davamlı hərəkət, davamlı rotasiya gedir. İşğal olunmuş Krımda HHM sıxlığının yüksək səviyyədə saxlanması təsadüfi deyil. Məqsəd həm Krım körpüsünü qorumaq, həm də tammiqyaslı işğal dövründə ciddi şəkildə hərbiləşdirilmiş yarımadanın bütün infrastrukturunu müdafiə etməkdir”, deyə Pletençuk bildirib.

Rusiya HHM sistemlərinin Krımda çoxsəviyyəli quruluşu, spikerin qeyd etdiyinə görə, həmçinin Novorossiysk şəhərini də qoruyur. Orada, o cümlədən, Rusiya Qara dəniz Donanmasının raketdaşıyan gəmiləri bazalaşır. Çünki çoxlu zərbə vasitələri məhz yarımada üzərindən keçə bilər, söhbət Azov dənizi bölgəsindən də gedir.

Pletençuk əlavə edib ki, hər halda bu sıxlığı "seyrəltmək” birinci növbədə vacib məsələdir, çünki HHM sıx olduğu müddətdə digər tapşırıqları yerinə yetirmək çətin olur. Ona görə də Ukraynanın strategiyası və taktikası tam aydındır, ruslar isə itkiləri daim kompensasiya etməyə çalışır.

"Amma indi vurulmuş vasitələrin əvəzini çıxarmaq ən azı çox baha başa gələcək və çox çətin olacaq… Radioteleskop isə ümumiyyətlə unikal obyektdir. Bu, hələ sovet dövründə bütövlükdə peyk qruplaşmasına nəzarət üçün yaradılmışdı. Yəni bu, əslində bənzərsiz obyekt idi. Bəli, burada həm də radiolokasiya kəşfiyyat vasitələri vardı, amma istənilən halda düşmən obyektlərinə yol açmaq HHM-dən başlanır”, deyə sözçü vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarının bir sıra mühüm obyektlərinin məhv edildiyini açıqlamışdı. Bildirilirdi ki, xüsusi təyinatlı "Prizraki” (Kabuslar) bölməsinin döyüşçüləri bahalı hədəfləri – "Utyos-T” radiolokasiya kompleksi, RT-70 radioteleskopu, "Qlonass” peyk naviqasiya sistemi üçün qübbə, MR-10M1 "Mıs” sahil radiolokasiya stansiyası və S-400 zenit-raket kompleksinin 96L6-AP radiolokasiya stansiyasını vurublar.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner