Mojo.az Banner
22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |     22:01 Bakı universitetlərində bakalavrların sayı azaldılacaq  |     21:53 Bu hisslər xarici görünüşdə radikal dəyişikliklər yaradır  |     21:48 Baş nazirdən daha bir qərar  |     21:40 Tələbələrə müjdə - Bu məbləğ artırıla bilər  |     21:34 Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı  |     21:20 Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir  |     21:13 Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər  |     21:06 Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb  |     20:58 İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı  |     20:52 Bakıda uşaq bağçasında lisenziyasız fəaliyyət aşkarlandı  |     20:45 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu  |     20:40 Omeqa-3: Səhər, yoxsa axşam qəbul etmək yaxşıdır?  |     20:33 Yataq otağını kondisionersiz 5 dəqiqəyə necə sərinlətmək olar?  |     20:28 Ronaldinyo meydançaya qayıdır? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Ekonom taksidə kondisioner olmamalıdır?

29.08.2025 22:20 435
Ekonom taksidə kondisioner olmamalıdır?
Texnologiyanın inkişafı ilə ənənəvi taksilərin yerini Bolt və Uber kimi mobil tətbiqlər alıb. Bu platformalar sərnişinlərə seçim imkanı yaratsa da, bəzən gözləntilərlə sürücülərin öhdəlikləri üst-üstə düşmür. Son günlər sosial şəbəkələrdə yayılan video da bunu göstərdi: sərnişin ekonom tariflə taksi sifariş edərək, kondisioner tələb edir, sürücü isə bunun yalnız “komfort” seçiminə aid olduğunu bildirir və şəxslər arasında mübahisəyə gətirib çıxarır. Bu da “sərnişin haqlıdır, yoxsa sürücü?” sualını gündəmə gətirir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Valyuta.az-a bildirib ki, vətəndaşın iradı haqlıdır:

“Qaydalara əsasən, sinfindən asılı olmayaraq, taksi kimi fəaliyyət göstərən bütün avtomobillərdə soyutma sistemi olmalıdır. Vətəndaş bu barədə Yerüstü Nəqliyyat Agentliyinə məlumat verərsə, həmin taksi sürücüsü və ya operator barəsində müvafiq tədbirlər görülə bilər” deyə ekspert vurğulayıb.

O qeyd edib ki, Nazirlər Kabinetinin 2024-cü il tarixli 183 nömrəli Qərarının 5.5-ci bəndinə əsasən:

“Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salon üçün normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəmərləri ilə təchiz edilməlidir. Qanunvericilkdə nəqliyyat vasitələrinin siniflər (ekonom, komfort və s) üzrə bölgüsü yoxdur. Qeyd olunan bölgü taksi sifarişi operatorları tərəfindən sərnişinlərə təqdim edilən xidmət formasıdır. Bu səbəblə bütün nəqliyyat vasitələrində (siniflərində fərq qoymadan) Qərarın 5.5-ci bəndi keçərlidir”.скачать dle 11.3
Mojo.az Banner