Mojo.az Banner
22:45 Laricaninin qızını ABŞ ilə bağlayan fakt üzə çıxdı  |     22:39 ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var  |     22:37 Astronomlar yeni planet aşkar ediblər  |     22:30 Tramp Hörmüz boğazının açılması üçün 3 ölkədən YARDIM İSTƏDİ  |     22:27 İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI  |     22:20 Xocavənddə bir sıra evlərin təmirinə başlanılır  |     22:11 JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu  |     21:54 İsrail İranın əsas "beyin mərkəzi"ni VURDU  |     21:45 Köçəryan baş nazirliyə namizəd oldu  |     21:36 Qırmızı dənizdə gərginlik artır: Nəhəng internet layihəsi dayandırıldı  |     21:19 Bu metal qızıldan daha sürətlə bahalaşır: Bir ildə 6,6 dəfə artım  |     21:01 Rusiya axtarışda olan şəxsi Azərbaycana verdi  |     20:51 Masazırda iynə vurulan 38 yaşlı qadın öldü  |     20:45 Samir Nuriyev məmurları Xocəvənddə TOPLADI (YENİLƏNİB)  |     20:32 Xamenei SEPAH-ın sabiq komandanını özünə müşavir təyin etdi  |     20:10 Bu ərazilərdə qaz olmayacaq  |     19:57 Ramazanın 27-ci gününün duası - İftar və imsak vaxtları  |     19:52 Azərbaycanda xəstəxana direktoru cərimələndi  |     19:31 Bazarda qiyməti 70 manata çatan bu məhsulun sirri açıldı  |     18:28 Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı  |    
Left Banner
Right Banner

Bu il Azərbaycan fındığını əsasən avropalılar alacaq

26.08.2025 19:45 408
Bu il Azərbaycan fındığını əsasən avropalılar alacaq
Bu il Azərbaycanda fındıq istehsalı ilə məşğul olan sahibkarların ötən illə müqayisədə 25-30 % az məhsul toplayacağı gözlənilir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Havalar qeyri-sabit keçib

Onun sözlərinə görə, buna səbəb xüsusilə may-iyun aylarında havaların qeyri-sabit keçməsidir.

"Hava şəraitinə görə, bu il Şəki–Qax–Zaqatala bölgəsində məhsuldarlığın ötən ilə nisbətən 25–30 % azalacağını gözləyirik. Həmçinin, məhsulun keyfiyyətinin pisləşməsi müşahidə olunur. Keçən il zərərvericilər fındığa ciddi ziyan vurmuşdu. Bu il də müəyyən təhlükə var. Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlar mübarizə tədbirləri görürlər. Amma problem ondadır ki, zərərvericilər geniş ərazilərdə yayılır, buna görə də daha intensiv tədbirlərin görülməsi zəruridir. Son bir ildə yeni bağların salınması müşahidə olunmayıb”,- deyə İ.Orucov qeyd edib.

Fındığımızı əsasən avropalılar alacaq

Bu il Azərbaycan fındığının əsas ixrac bazarının Avropa İttifaqı ölkələri olacağı gözlənilir. Sədrin sözlərinə görə, ixracatçıların xüsusilə İtaliya və Almaniya bazarına marağı artıb: "Rusiyada iqtisadi vəziyyət ağır olduğuna görə bu ölkədə alıcılıq qabiliyyəti zəifləyib və bütün məhsullar kimi fındığa da tələbat azalıb. Bununla belə, Azərbaycan məhsulu alternativ bazarlara yönəltməklə ixracda problem yaşamayacaq. Artıq bir sıra müqavilələr bağlanıb. Bu il bütün dünyada məhsul az olduğu üçün xarici bazarlarda qiymətlərin orta hesabla 30-40 % artacağı gözlənilir. Elə daxili bazarda da fındıq baha olacaq. Avropaya əsasən işlənmiş və qabıqsız fındıq ixrac olunur. Qabıqlı fındıq isə əsasən Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinə göndərilir. Emal olunmuş məhsulun ixracı həm daha çox əlavə dəyər yaradır, həm də yeni iş yerlərinin açılmasına səbəb olur”.

Fermerlər emal müəssisələri ilə alqı-satqı prosedurlarının sadələşdirilməsini istəyir

İ.Orucov həmçinin bildirir ki, Azərbaycanın fındıq istehsalçıları emal müəssisələri ilə alqı-satqı prosedurlarının sadələşdirilməsini istəyir. Onun sözlərinə görə, bu məsələ İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Zaqatalada keçirimiş görüşdə qaldırılıb.

"Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, nazirliyin Şəki-Zaqatala regional bölməsinin, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirdi. Vergi güzəştləri ilə bağlı hər hansı bir məsələ gündəmə gətirilmədi. Onsuz da fermerlərin böyük hissəsi vergidən azaddır, emalla məşğul olan sahibkarlar isə yalnız mənfəət vergisi ödəyirlər. Təklif sadəcə fermerlərlə emal müəssisələri arasında alqı-satqı prosedurlarının sadələşdirilməsi ilə bağlı oldu. Çünki, hazırkı qaydalar bir qədər vaxt aparır və iş adamları çətinlik çəkirlər. Bundan başqa, torpaqların sənədləri ilə bağlı da çətinlik var. Bir çox fermerlərin torpaqları hələ də atalarının adındadır, vərəsəlik rəsmiləşdirilməyib. Buna görə də fermer real əmlaka sahib olsa da, sistemdə torpaq ona aid görünmür. Yəni, o, bağ sahibi sayılmır", - deyə o qeyd edib.

Subsidiya hektara görə deyil, istehsal olunan fındığın həcminə görə verilsin

Bundan başqa, İ.Orucov deyir ki, görüşdə fındıq istehsalçılarına subsidiyanın hektara görə deyil, məhsulun həcminə - hər kiloqramına görə verilməsi təklif edilib: “Çünki bağa yaxşı qulluq edən, yüksək məhsuldarlıq əldə edən fermer daha çox əziyyət çəkir, amma hazırkı sistemdə o, zəif qulluq edən fermerlə eyni subsidiya alır. Məhsula görə subsidiya isə həm daha ədalətli olar, həm də fermerləri məhsuldarlığı artırmağa həvəsləndirər”.

Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektardır. Bağların 24,7 %-i Zaqatalada, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6 %-i İsmayılla, 1,5 %-i Quba, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşür.скачать dle 11.3
Mojo.az Banner