Mojo.az Banner
17:57 Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular  |     17:28 İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM  |     17:26 Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib  |     17:24 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI  |     17:00 Sabah 21 dərəcə isti olacaq  |     16:57 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub  |     16:54 Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək  |     16:53 Ərini öldürən qadına və sevgilisinə AĞIR CƏZA  |     16:52 İlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb  |     16:51 Şirvanda 15 min manatlıq oğurluq edən şəxslər tutulublar  |     16:48 Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var (Yenilənib)  |     16:43 39 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI: Qonşu qonaq otağında meyiti ilə qarşılaşıb (Yenilənib)  |     16:29 Şəmkir sakinini cərəyan vurub öldürdü  |     16:22 Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib  |     16:20 Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək  |     16:18 Peyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı  |     16:14 Ordubadda qaya uçdu, yolda hərəkət çətinləşdi  |     16:11 Bakıda şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI - FOTO - VİDEO  |     16:08 69 minlik dələduzluqda ittiham olunan azərbaycanlı məktəb direktoru Türkiyədə ƏLƏ KEÇDİ - FOTO  |     16:06 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |    
Left Banner
Right Banner

Qarşılıqlı yüksəksəviyyəli səfərlər Azərbaycan-Türkmənistan münasibətlərinə yeni dinamika gətirir

22.08.2025 12:21 546
Qarşılıqlı yüksəksəviyyəli səfərlər Azərbaycan-Türkmənistan münasibətlərinə yeni dinamika gətirir
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yeni mərhələnin şahidi oluruq. Ölkəmizin regionun, həmçinin türkdilli dövlətləri ilə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Ölkəmizin son zamanlar əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır. Bu ölkə ilə əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, ölkəmizin Orta Dəhlizdə rolunu daha da gücləndirir.

Median.Az
AZƏRTAC-ın iki ölkə arasında əlaqələrin tarixinə və müasir dövrdə inkişafına dair məqaləsini təqdim edir:

Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Prezident İlham Əliyevin dediyi kimi: "Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir".

Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.

Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bununla bağlı bildirib:

"Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır".

Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki "Dostluq" neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir.

Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383.7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80.2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303.5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118.5 milyon dollar olub.

Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici amilə çevrilir. Bu baxımdan, Xəzər dənizi də xüsusi məna daşıyır. Son dövrlərdə Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2.9 dəfə artaraq 2 362 TEU-ya çatıb.

Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında imzalanmış Anlaşma Memorandumu parlamentlər səviyyəsində də əməkdaşlığın genişləndiyinin əyani təzahürüdür. Ölkələrimiz Türk Dövlətləri Təşkilatında da sıx əməkdaşlıq edirlər. Təşkilat çərçivəsində keçirilən tədbirlər - zirvə görüşləri, gənclər proqramları, iqtisadi forumlar türkdilli dövlətlər arasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edir.

Azərbaycan-Türkmənistan münasibətlərində son dövrlərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Bu baxımdan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təqribən bir ay əvvəl Azərbaycana, o cümlədən Şuşaya səfəri ölkələrimizin dostluğunun rəmzinə çevrildi. Qurbanqulu Berdiməhəmmədovun Şuşada müxtəlif məkanlarda olması, ona dostluq rəmzi olan "Dostluq" adlı Qarabağ atının hədiyyə edilməsi ölkə liderlərinin səmimi münasibətlərinin daha bir nümunəsinə çevrildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə səfər edib. Səfərin zəngin proqramı, imzalanacaq sənədlər ölkələrimiz arasında əlaqələrin geniş perspektivlərə malik olduğunu deməyə əsas verir.

Beləliklə, son dövrlərdə həm qarşılıqlı səfərlərdə, həm əlaqələrin inkişafında müşahidə olunan dinamika, iki ölkənin qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan əlaqələri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni üfüqlərini müəyyənləşdirir və ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.скачать dle 11.3
Mojo.az Banner