Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp Putinlə çəkdirdiyi şəkli Nikson-Xruşşov görüşü ilə müqayisə etdi

21.08.2025 22:27 630
Tramp Putinlə çəkdirdiyi şəkli Nikson-Xruşşov görüşü ilə müqayisə etdi
ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında iki şəkildən ibarət kollaj yayımlayıb.

Qaynarinfo xəbər verir ki, ilk şəkil onun Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşü zamanı çəkilib. Şəkildə amerikalı lider barmağı ilə rus həmkarını göstərir. 1959-cu ilə aid ikinci kadrda isə keçmiş ABŞ vitse-prezidenti Riçard Nikson eyni hərəkəti sovet lideri Nikita Xruşşova doğru edir.

İkinci şəklin müəllifi - tanınmış amerikalı fotoqraf Elliot Ervittdir. "Magnum Photos" agentliyinin saytında qeyd olunur ki, şəkil 24 iyul 1959-cu ildə, o zamanlar ABŞ vitse-prezidenti Riçard Niksonun Rusiyanın paytaxtına səfəri zamanı Moskvadakı Qorki Parkında Amerikanın Milli Sərgisinin açılışında çəkilib.

Şəkil "Mətbəx debatları" qeyri-rəsmi adı ilə məşhurlaşıb, çünki fotoqraf dialoq iştirakçılarını tipik bir amerikan mətbəxinin modeli yanında kommunizm və kapitalizm barədə öz baxışlarını müzakirə edərkən lentə alıb.

"Magnum Photos"un məlumatına görə, bu, amerikalılar üçün ABŞ və SSRİ arasındakı qarşıdurmanın simvoluna çevrilib. Materialda deyilir: "Bir çox amerikalı bunu Niksonun xarici dövlətlər qarşısında öz mövqeyini qətiyyətlə müdafiə etməkdən qorxmaması siqnalı kimi qəbul etdi".

Şəkil 1960-cı ildə Riçard Niksonun prezident kampaniyası zamanı onun seçki qrupu tərəfindən istifadə edilib.

Rusiya və ABŞ liderləri 15 avqustda Alyaskada görüşüblər. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, danışıqlar zamanı rus tərəfi olduqca tez güzəştə gedib, bu da tərəqqi əldə etməyə imkan verob. "Axios" portalı iddia edib ki, ilkin olaraq Tramp Rusiya Federasiyası prezidentinin ərazi məsələlərindəki "maksimalist tələbləri" səbəbiylə görüşü bitirmək istəyirmiş, lakin Putin öz mövqeyini yumşaldıb. "The Wall Street Journal" qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski 18 avqustda ABŞ prezidenti ilə danışıqlar zamanı "mütənasib mübadilə" imkanını nəzərdən keçirə biləcəyini söyləyib.скачать dle 11.3
Mojo.az Banner