Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Masallıda süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

21.08.2025 12:31 1 212
Masallıda süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Masallıda süd qəbulu məntəqəsində qida təhlükəsizliyi tələbləri pozulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciət əsasında AQTA əməkdaşları Masallı rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Rasim Fazil oğlu Məmmədova məxsus süd qəbulu məntəqəsində yoxlama aparıblar.

Baxış zamanı məntəqədə normativ hüquqi aktların və sanitar-gigiyenik qaydaların tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər