Mojo.az Banner
11:39 Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - Video  |     11:33 Azərbaycan nefti ucuzlaşıb  |     11:32 Gəncədə "Changan" piyadanı vurub öldürdü  |     11:32 Zaqatalada avtomobil aşıb: Xəsarət alanlar var  |     11:14 Bir gündə 11 diş implantı qoyuldu, həyatını itirdi: Cənubi Koreyada 75 yaşlı qadının FACİƏSİ  |     11:13 Ermənistanda keçmiş deputat həbs edildi  |     11:12 "Barselona"nın hücumçusu PSJ-yə keçəcək  |     10:50 Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |    
Left Banner
Right Banner

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb

21.08.2025 11:59 768
Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb
Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında" 11 avqust 2025-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Sumqayıtın Sülh prospektində yerləşən və "Azərboru" ASC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26.67 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.скачать dle 11.3
Mojo.az Banner