Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı

19.08.2025 16:24 1 224
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı
Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin rüşvət ittihamı ilə həbs edilən sabiq müdiri, baş memar Tofiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə təqsirləndirilən şəxsə külli miqdarda rüşvətalma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamlarını əsaslı hesab etməyib.

T.Kərimov dələduzluqda təqsirli bilinib. Ona bu cinayətlə 2 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin onun 2023-cü ildən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilib və məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki, Tofiq Kərimov 2023-cü ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunub. İstintaqla onun rayon ərazisində tikinti işlərinə icazə verilməsi müqabilində 33 min manat tələb etməsinə və bu məbləğin 25 min manatını almasına dair əsaslı şübhələr müəyyən edilib. Prokurorluq onun rüşvət alarkən saxlanıldığını bildirib.

T.Kərimov məhkəmədə özünü təqsirli bilməyib. O, tikintiyə icazə vermək səlahiyyətinin olmadığını, yalnız müraciətlərin çoxluğu səbəbindən dolayı köməklik göstərməyə razılıq verdiyini deyib və əməlindən peşman olduğunu bildirib.скачать dle 11.3
Mojo.az Banner