Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Qalatasaray" Ederson üçün "Mançester Siti"yə rəsmi təklif göndərib

16.08.2025 17:32 675
İstanbulun "Qalatasaray" klubu "Mançester Siti"nin braziliyalı qapıçısı Ederson üçün İngiltərə təmsilçisinə rəsmi təklif göndərib.

Bu barədə jurnalist Fabritsio Romano özünün "Facebook" hesabında yazıb.

İnsayder iddia edir ki, "Cim-Bom" 31 yaşlı qapıçı üçün "Mançester Siti"yə 10 milyon avro təklif edir.

Məlumat üçün əlavə edək ki, KİV sarı-qırmızılıların Edersonun özü ilə prinsipial razılığa gəldiyini iddia edir.

Son xəbərlər