Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan konstitusiyasına dəyişiklikdən sonra sülh sazişinin imzalanmasına maneə qalmayacaq - RƏY

13.08.2025 20:01 618
Ermənistan konstitusiyasına dəyişiklikdən sonra sülh sazişinin imzalanmasına maneə qalmayacaq - RƏY
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişinin imzalanamasına heç bir maneə qalmayacaq.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Vaşinqton səfəri və orada əldə olunan nəticələr bir çox istiqamətlərdə dəyərləndirilə bilər. Bunlardan birincisi regiona müdaxilə cəhdlərinin sıradan çıxarılmasıdır:

"Vətən müharibəsindən sonra Bayden-Blinken administrasiyası, Avropada Fransanın rəhbərlik etdiyi ermənipərəst koalisiya və erməni diasporunun lobbisinin təsirində olan təşkilat və qurumlar Azərbaycana hücum üzərində fokuslanmışdılar. Məqsədləri savaşda qalib gələn Azərbaycanı danışıqlar masasında məğlub etmək idi. Sülh sazişinin Ermənistan maraqları üzərində imzalanmasına çalışırdılar. Lakin Vaşinqtondakı razılaşmalar göstərdi ki, saziş rəsmi Bakının diqtə etdiyi tələblər fonunda qəbul olundu. Minsk qrupunun fəaliyyətinin dayandırılmasına dair birgə sənəd imzalandı, Zəngəzur dəhlizi məsələsi Azərbaycanın istəklərinə uyğun həllini tapdı".

O vurğulayıb ki, Azərbaycan üçün əsas məqsəd Naxçıvana maneəsiz quru dəhlizin təmin olunması idi:

"Əvvəllər ən böyük problem bu dəhlizin təhlükəsizliyinin kim tərəfindən qorunacağı idi. Bu mövzu Qərb və Rusiya arasında da ciddi mübarizə predmeti idi. Ermənistan nəzarəti ABŞ-yə verdi. Azərbaycan üçün əsas məqam dəhlizin təhlükəsizliyini kimin təmin etməsindən çox, onun yaradılması və Naxçıvana maneəsiz keçidin əldə olunması idi ki, bu hədəfə nail olundu. Bu baxımdan anti-Azərbaycan qüvvələrinin regiona müdaxilə və Bakı üzərində təzyiq imkanları sıradan çıxıb. Məsələ artıq həll olunmuş səviyyəyə çatıb. Yekun sülh sazişinin imzalanması üçün bir məsələ qalıb - Ermənistan Konstitusiyasının yenilənməsi".

Son xəbərlər