Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi cəzalandırılacaq

13.08.2025 17:04 765
Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi cəzalandırılacaq
Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib. Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri yerində araşdırıb:

“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyənləşib. Restoran sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb. Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.скачать dle 11.3
Mojo.az Banner