Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Xaçmazda adı “Qırmızı kitab”a düşmüş quşu qanunsuz ovlayan şəxslər saxlanılıb

21.09.2021 18:56 684
Xaçmazda adı “Qırmızı kitab”a düşmüş quşu qanunsuz ovlayan şəxslər saxlanılıb
Xaçmaz rayonunda ov edən iki nəfər saxlanılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı ‘VAZ-21014” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib.

“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb”, - B.Məhəmmədov bildirib.скачать dle 11.3
Mojo.az Banner