Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Payızda ət yenidən bahalaşacaq?

12.08.2025 22:52 834
Payızda ət yenidən bahalaşacaq?
Son bir neçə ayda Azərbaycanda ətin qiymətində davamlı artım müşahidə olunur. Ekspertlər bu artımı müxtəlif səbəblərlə əlaqələndirir. Onlar bunu həm də dünyada ətin qiymətində baş verən dəyişikliklə də əsaslandırırlar.

Rusiyada mal və qoyun ətinin qiyməti yenidən bahalaşıb. Nəzərə alsaq ki, Rusiya bazarı bizə ət idxal edən Qazaxıstan və Qırğızıstan kimi ölkələr üçün maraqlı ola bilər. Bu da bizə idxal edilən ətin azalmasına səbəb ola bilər.

Bəs payız aylarında Azərbaycan ət bazarını nə gözləyir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, ölkə daxilində ətin bahalaşması payızda da davam edəcək və bunun da bir neçə səbəbi var:

"Azərbaycanın ət bazarında bahalaşmanın əsas səbəbi ət istehsalının azlığıdır. Bunun da aradan qaldırılması üçün hələlik heç bir tədbir görülmür. Ona görə də biz müsbətə doğru hansısa bir dəyişiklik gözləmirik. Gözlənti həmişə hansısa bir prosesdən olur. Bu istiqamətdə də hələ bir iş görülmür. Ölkə daxilində ətin bahalaşması payızda da davam edəcək. İdxala gəlincə, Azərbaycana ət idxal edən ölkədə bahalaşma olacaqsa, bizdə də qiymətlərə təsir edəcək".

Akif Nəsirli idxal yolu ilə ətin qiymətinin normallaşmasına ümid bəsləməyin çətin olduğunu vurğulayıb:

"Çünki idxal prosesi də monopoliyalaşdırılıb. Məsələn, Monqolustan ətinin ölkəyə idxalı 5 manatdır, amma ən yaxşı halda bu ət bazarda 12 manata satılır. Əgər məhsul Monqolustandan Azərbaycana qədər 5 manata gəlirsə, gömrükdən bazara daxil olana qədər niyə 7-10 manat bahalaşır? Bu, gömrük rüsumlarından və inhisarçılıqdan qaynaqlanır. Ona görə də Azərbaycanda yalnız idxal hesabına ətin və ya digər məhsulların qiymətini sabit saxlamaq mümkün deyil. Ölkə daxilində qiymətlər artdıqca, idxal məhsullarının qiymətlərinə də təsir göstərəcək. Sadəcə olaraq, daxildə istehsal olunan ət idxal edilən ətdən 1-2 manat ucuz olacaq".

Son xəbərlər