Mojo.az Banner
Left Banner
Right Banner

ABŞ Rusiya sərhədinə strateji bombardmançılarını göndərib

12.08.2025 22:19 999
ABŞ Rusiya sərhədinə strateji bombardmançılarını göndərib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç "B-1B Lancer" strateji bombardmançı təyyarəsi Norveçdəki Orland aviabazasına çatıb.

Bu barədə NATO-nun Müttəfiq Hava Qüvvələri Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.

Təyyarələr ABŞ-nin Texas ştatındakı Dyess Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

Norveçdə olarkən ABŞ bombardmançıları Norveç "F-35"ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçəcək, axtarış, identifikasiya, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyalarda iştirak edəcəklər.скачать dle 11.3
Mojo.az Banner