Mojo.az Banner
14:51 ABŞ Qəzza ilə bağlı "Günəşin doğuşu" layihəsini hazırlayıb - DETALLAR  |     14:43 Ceyhun Bayramov: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir  |     14:35 Kərkicahana ilk köç karvanı yola salındı  |     14:23 Rəşad Dağlı Kərimin dəfninə əklilgöndərdi  |     14:15 Qazaxda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var  |     14:10 Ötən gün 47 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub  |     14:06 Azərbaycan neftinin qiyməti 64 dolları keçdi  |     14:01 Mobil operatorlar 1,2 milyard manat qazanıb  |     13:43 FHN “Baku Electronics”in mağazasını bağladı  |     13:30 İmran Xan və həyat yoldaşına 17 il həbs cəzası verildi  |     13:21 Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə  |     13:16 Meyxanaçı Kərim dəfn edildi - VİDEO  |     13:09 Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən cavab  |     13:07 19 yaşlı oğlan qəfil öldü  |     13:04 Bakıda bu avtobuslarda bank kartı ilə ödəniş aktivləşdirildi  |     23:01 Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadıldı  |     22:53 Pulsuz verilən mənzil və avtomobillərlə bağlı YENİ AÇIQLAMA  |     22:51 Təcili yardımlar niyə gecikir? – TƏBİB rəhbəri danışdı  |     22:36 Platinin qiyməti 17 illik maksimuma çatdı  |     22:30 Ali təhsil müəssisələri paytaxtdan kənara köçürülür?  |    
Left Banner
Right Banner

Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ

01.08.2025 12:16 444
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).скачать dle 11.3