Mojo.az Banner
14:21 Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı  |     14:19 Azərbaycan neftinin qiyməti 4 illik rekordunu qırdı  |     14:11 Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ (Cədvəl)  |     14:09 "Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur  |     14:08 KİV: İran Hörmüz boğazının tam blokadası ilə hədələdi  |     14:04 DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur - Video  |     13:55 Küveyt səmasında bir gündə altı PUA vurulub  |     13:47 Bakıda torpaq çökdü: Evlər üçün təhlükə yarandı - Video  |     13:27 Ağsuda qadını öldürüb otlaq sahəsinə atan şəxslər həbs edildilər  |     13:04 Güclü sel üç kəndi birləşdirən yolun bağlanmasına səbəb oldu  |     23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |    
Left Banner
Right Banner

Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı

30.07.2025 17:49 489
Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı
COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müddətdə dünyada milyonlarla insanın həyatını xilas etdiyi rəqəmlərlə təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma peyvəndlərin xilas etdiyi yaşam illərini və Omikron dövründəki təsirini də əhatə edir.

İtaliyanın Milan şəhərində yerləşən Universite Cattolica del Sacro Cuore universitetinin rəhbərliyi ilə aparılan elmi araşdırmaya əsasən, 2020-2024-cü illər arasında tətbiq olunan COVID-19 peyvəndləri dünya üzrə təxminən 2,5 milyon insanın həyatını xilas edib. Bu isə təxminən hər 5 400 doza peyvəndə bir insan həyatı düşməsi deməkdir.

Araşdırmaya görə, ümumilikdə tətbiq olunan 13 milyard doza peyvənd dünya əhalisinin 67 faizini əhatə edib. Hər 900 dozada bir yaşam ilinin qazanılmasına töhfə verilib və bu da ildə ümumilikdə 14,8 milyon yaşam ili qazanıldığı mənasına gəlir.

Kaliforniya Universitetindən doktor Monika Qandi bildirir ki, 2023-cü il dekabrın 31-nə qədər dünya əhalisinin üçdə ikisi ilkin peyvənd dozasını qəbul etmişdi.

Pandemiyanın ilk aylarında, peyvəndlər hələ geniş yayılmadığı zaman reanimasiya şöbəsinə yerləşdirilən COVID-19 xəstələrinin təxminən 44 faizi həyatını itirirdi. ABŞ-da qeydə alınan artıq ölümlərin 72 faizi birbaşa COVID-19 ilə əlaqələndirilir və 2020–2021-ci illər ərzində dünya üzrə 14,9 milyon artıq ölüm baş verdiyi təxmin edilir.

Avropanın 18 ölkəsindən toplanan məlumatlara əsasən, təkcə 2020–2022-ci illər arasında 16,8 milyon yaşam ili itirilib.

Peyvəndlərin hazırlanması: Misli görünməmiş sürət

SARS-CoV-2 virusu ilə bağlı ilkin məlumatlar əldə olunduqdan dərhal sonra elmi dünya sürətlə hərəkətə keçib. Beynəlxalq əməkdaşlıqla hazırlanan ilk peyvəndlər klinik sınaq mərhələsinə rekord müddətdə çatıb. Bu peyvəndlərin xəstəxanaya yerləşdirmə və ölüm hallarını önləmədəki uğuru sahə məlumatları və son araşdırmalarla rəqəmlərlə də təsdiqlənib.

Araşdırmanın müəllifləri professor Stefania Botçça və doktor Ancelo Mariya Pezzullo bu təhlillə bağlı belə deyir: "Əvvəllər də bir çox araşdırma aparılıb, lakin bu iş qlobal məlumatlardan istifadə etməsi, Omikron dövrünü əhatə etməsi və xilas edilən yaşam illərini hesablaması baxımından bu günə qədərki ən genişmiqyaslı təhlildir".

Kimlərin həyatı xilas edilib?

Təhlilə görə, peyvəndlər sayəsində xilas edilən insanlar:

* 82 faizi virusa yoluxmamışdan əvvəl peyvənd olunan şəxslərdən ibarətdir;
* 57 faizi Omikron variantının yayğın olduğu dövrdə qeydə alınıb;
* 90 faizi isə 60 yaş və yuxarı şəxslərdən ibarətdir.

Bu rəqəmlər COVID-19 peyvəndlərinin xüsusilə yaşlı insanlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha ortaya qoyur.

Dr. Qandiyə görə, pandemiyanın başlanğıcından bəri məlum idi ki, uşaqlar COVID-19-un ciddi fəsadları baxımından aşağı riskli qrupda yer alırdılar. Buna görə də, uşaq və yeniyetmələrin qurtarılan yaşam ili statistikasına təsiri olduqca məhdud qalıb.

Qandi bildirir ki, bu cür modelləşdirmə işləri gələcək pandemiyalarda sərt məhdudiyyətlərin zərərlərini azaldarkən, ən riskli qrupları daha effektiv şəkildə qorumağa yardım edə bilər.

Peyvəndin uğuru və qızılca ilə müqayisəsi

COVID-19 peyvəndləri böyük uğur qazansa da, tədqiqatçılar bəzi zəif cəhətləri də vurğulayırlar:

* COVID peyvəndlərinin qurtardığı yaşam illərinin, eyni dövrdə qızılca peyvəndi ilə xilas edilənlərə nisbətən 30 dəfə daha az olduğu qeyd edilir.
* Cəmiyyətlərdə peyvəndlərə qarşı yaranan güvənsizlik və tərəddüd pandemiyanın buraxdığı çətin irslərdən biri kimi göstərilir.скачать dle 11.3
Mojo.az Banner