Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb

25.07.2025 20:49 768
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
23 yaşlı italiyalı gimnast Lorentso Boniçelli Almaniyada təşkil olunan Universiada zamanı yıxılaraq komaya düşüb.

İdmançı komanda yarışında halqalarda hərəkətlərin icrası zamanı uğursuz eniş edib və boynundan zədələnib.

Təcili xəstəxanaya yerləşdirilən gimnast əməliyyat olunub. İtaliya yığması hadisədən sonra turniri tərk edib.

Beynəlxalq Gimnastika Federasiyasının texniki koordinatoru Stiv Butçer idmançının vəziyyətinin ən azı qarşıdakı 10 gün ərzində qeyri-müəyyən qalacağını bildirib.

Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.

Son xəbərlər