Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

23.07.2025 19:56 753
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.

AŞF-nin İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.

Kişi şahmatçılardan ibarət komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.

Qadın şahmatçılardan ibarət milliyə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.

Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.

Son xəbərlər