Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda sənaye müəssisəsində çilingəri elektrik cərəyanı vurub

21.07.2025 20:58 1 248
Sumqayıtda sənaye müəssisəsində çilingəri elektrik cərəyanı vurub
Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlunu işlədiyi sənaye müəssisəsində elektrik cərəyanı vurub.

Hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Nəticədə elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılov müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər