Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəmə üçün sənədlər hazırlayır

19.07.2025 20:27 741
Azərbaycan təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəmə üçün sənədlər hazırlayır
"Azərbaycan tərəfi Aktau yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün sənədlər hazırlayır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

"Artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün sənədlər hazırlayırıq. Başa düşürük ki, bu vaxt apara bilər. Malayziya aviaşirkətinə məxsus "Boeing" təyyarəsi işində bu on ildən çox çəkdi. Biz on il gözləməyə hazırıq, amma ədalət zəfər çalmalıdır", - deyə dövlət başçısı qeyd edib.

O vurğulayıb ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, Azərbaycan bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almayıb.

"Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanın baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək", - Prezident İlham Əliyev bildirib.

Son xəbərlər