Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə: "Bu, daha əvvəl edilməli idi"

16.07.2025 16:25 1 230
Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə:
Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə qərar hələ 2022-ci ildə verilib və bu, regionda sərhədlərin hüquqi müəyyənləşdirilməsi zərurəti ilə bağlıdır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Mətbuat konfransında çıxış edən Paşinyan xatırladıb ki, 2022-ci ilin sentyabrında Ermənistan Azərbaycandan gələn təhlükə ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım üçün müraciət edib. Lakin onun sözlərinə görə, cavab "sərhəd aydın deyil" olub ki, bu da müttəfiqlərin Ermənistanın ərazi bütövlüyü anlayışını şübhə altına alır.

"Bizdə bir sual yarandı: "qırmızı xətt" haradan keçir? İndiyədək heç kim onu göstərməyib. Biz də özümüzə sual verməyə başladıq: KTMT üzrə tərəfdaşlarımız bizim ərazi bütövlüyümüzü tanıyırmı? Biz özümüz onu tanıyırıqmı?", - deyə baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, nəticədə Ermənistanın qonşularının ərazi bütövlüyünü rəsmən tanıması barədə qərar qəbul edilib ki, bunun müqabilində eyni şeyi tələb etmək üçün mənəvi-siyasi əsas olsun.

"Ona görə də 2022-ci il oktyabrın 6-da mən Azərbaycanın ərazi bütövlüyünü tanıdım. Bu, daha əvvəl edilməli idi", - deyə o vurğulayıb.скачать dle 11.3

Son xəbərlər