Mojo.az — elanlar
Son Xəbərlər
11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda zibili eşşək arabası ilə daşıyırlar: "Beş manatdan pul yığırıq" (VİDEO)

15.07.2025 22:00 654
Bakıda zibili eşşək arabası ilə daşıyırlar:
Zirə qəsəbəsində zibil problemi gündəmə gəlib. Sosial şəbəkədə yayılan videoda bir kişinin eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub.

Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:

"Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. Beş manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın."

Məsələ ilə bağlı Zirə Bələdiyyəsindən bildirilib ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmırlar. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstəriblər.

İcra hakimiyyətindən isə qeyd olunub ki, ümumiyyətlə, zibil yığmaq onların səlahiyyətində deyil:

"Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın".

Mənzil Kommunal Təsərrüfat Birliyi isə məsələ ilə bağlı açıqlama verməyib.

Son xəbərlər