Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)

04.10.2024 20:31 1 113
Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)
Kürdəmir şəhərinin mərkəzi küçəsi zibillik içindədir.

Qaynarinfo xəbər verir ki, Kürdəmir rayon sakinləri ərazinin şəklini çəkib və sosial şəbəkədə paylaşıb.

Mənzərədən görünür ki, rayon bazarına zibil və tullantılardan girmək mümkün deyil. Bu isə sakinlərin narazılığına səbəb olub. Mənzərə izləyicilər tərəfindən tənqid edilib.

Məsələ ilə bağlı Kürdəmir şəhər inzibati ərazi dairsəinin rəhbəri Rauf Abışov Qaynarinfo-ya açıqlamasında zibilxananın rayondan 14 kilometr məsafəyə köçürüldüyünü bildirib:

"Əvəllər zibilxana rayonun 500-600 kilometr məsafəsində idi. Biz də məsafə yaxın olduğundan gün ərzində 2-3 dəfə zibil daşıya bilirdik. Bu gün isə zibilxana rayondan uzaq məsafəyə köçürülüb. Bu səbəbdən bizim zibil maşınlarının ora gedib-gəlməsi vaxt aparır. Yəni hardasa 4 saata yaxın vaxt keçir. Gün ərzində bütün şəhərin zibillərini yığırıq, bu da saat 12-yə kimi vaxt aparır. Görüntüdəki zibillər də bazara aiddir".

Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının Rövşən Rzayev isə deyib ki, bazarın ətrafının ona aidiyyatı yoxdur:

"Bura ancaq bazar rəhbərliyinin səlahiyyətində olan ərazidir. Bazarın yanında zibil ola bilməz. Bizim gün ərzində zibilimiz qalmır. Hazırda bütün texnikalarımız zibil yığır, ərazi böyükdür. İstismar müddəti keçmiş texnikalarla işləyirik. Saat 16:00-a kimi zibil yığırlar. Bazarın ətrafını isə gün ərzində bir dəfə təmizlənir. Gün ərzində ora maşınla dolu olduğundan zibil maşınları əraziyə girə bilmir".скачать dle 11.3
Mojo.az Banner