Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideynləri onlara milyardlıq imperiyalar verdi: Ən zəngin varislər-2025

15.07.2025 21:26 663
Valideynləri onlara milyardlıq imperiyalar verdi: Ən zəngin varislər-2025
Hər bir övladını sevən valideyn, ona ən yaxşı həyatı verməyə çalışır. Valideynlər təkcə uşaqlarını həyatda necə böyütmək barədə deyil, həm də onların ölümündən sonra nələri miras alacağı barədə düşünürlər. Sadə ailələr, ən yaxşı halda mənzil miras qoyduğu halda, dünyanın ən varlı insanları bütöv imperiyalar ötürür.

Qaynarinfo xəbər verir ki, "Forbes" jurnalı valideynlərindən sərvət miras almış iyirmi ən zəngin şəxsin reytinqini açıqlayıb.

Dünyanın ən varlı ailəsi - Mirasın dəyəri

Bəziləri bu sərvətdən istifadə edərək öz bizneslərini qurublar, digərləri isə ata və ya ana işini davam etdiriblər. Hər iki halda bu milyarderlər pulları istədikləri kimi yönləndiriblər və bu gün onların bank hesablarında milyardlarla dollar var.

Volton ailəsi

Siyahının ilk üç pilləsində "Walmart" supermarketlər şəbəkəsinin banisi olmuş Sem Voltonun varisləri - Rob Volton, Cim Volton və Elis Volton yer alır.

Həmçinin onların iki əmisi qızı, gəlinləri Kristi Volton və qardaşıoğlu Lukas Volton birlikdə bu pərakəndə nəhəngin 45%-ə yaxın səhmlərinə nəzarət edirlər. Rob, Cim və Elis Voltonun sərvətləri müvafiq olaraq 110, 109 və 101 milyard dollar olaraq qiymətləndirilir.

Mukeş Ambani

Hindistanlı milyarder Mukeş Ambani "Reliance Industries" adlı nəhəng şirkəti atasından miras alıb. Şirkət enerji, neft-kimya, pərakəndə satış, telekommunikasiya və media sahələrində fəaliyyət göstərir.

Ambani qardaşı Anil ilə birgə şirkəti idarə etsə də, aralarında yaranan fikir ayrılığı səbəbilə imperiya bölünüb. Anilin uğursuz layihələrindən sonra Mukeş Ambani Hindistanın ən varlı insanı elan edilib. Onun sərvəti 92,5 milyard dollar dəyərindədir.

Fransuaza Bettankur-Mayers

Digər varlı varislər isə "L'Oreal" şirkətinin sahibləridir. Fransuaza Bettankur-Mayers - 1909-cu ildə "L'Orealı" təsis etmiş Ejen Şuellerin nəvəsidir. Bugün bu korporasiya kosmetika sahəsində qlobal liderdir.

Fransuaza 2025-ci ilə qədər direktorlar şurasının üzvü olub və sərvəti 100 milyard dollar olaraq dəyərləndirilir.

Culiya Kox

1940-cı ildə Fred Kox neft emalı sahəsində fəaliyyət göstərən "Koch Inc." şirkətini təsis edib. 1967–2019-cu illərdə bu şirkəti Fredin oğulları Çarlz və Devid Kox idarə ediblər. Devid Koxun vəfatından sonra onun həyat yoldaşı Culiya və üç övladı şirkətin 42% səhmini miras alıblar.

2025-ci ildə Culiya Koxun sərvəti 74,2 milyard dollar olaraq qiymətləndirilir.

Jaklin və Con Mars

Beşinci yeri isə "Mars Incorporated" şirkətinin varisləri tutur. Şirkətin təsisçisi Frenk Marsın nəvələri – Con, Jaklin və Forrest kiçik – şirkətin hər biri 1/3 hissəsinə sahibdir. Con və Forrest 1975-ci ildən şirkətin həmprezidentləri olmuş, Jaklin isə 2001-ci ilə qədər 20 il orada çalışaraq daha sonra direktorlar şurasının üzvü vəzifəsini icra etmişdir.

"Forbes"ə görə Con və Jaklin Marsın hər birinin sərvəti 42,6 milyard dollardır.

Son xəbərlər