Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda içməli suyun verilişində problem yaranıb

14.07.2025 21:30 564
Cəlilabadda içməli suyun verilişində problem yaranıb
Cəlilabad şəhəri və rayonun Uzuntəpə kəndində üç gündür ki, içməli suyun verilişində problem yaranıb.

Bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, problem bu ayın 11-də Masallı rayonunun Güllütəpə kəndi ərazisindən keçən, Viləşçay su anbarından Cəlilabada gedən magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.

Sakinlər, həmçinin bildiriblər ki, qəzadan sonra təmir işləri aparılsa da, sonra yenidən nasazlıq baş verib. Nəticədə suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, 11 iyul tarixində Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib.

"Hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Masallı və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, boru xəttinin bərpası istiqamətində təmir işlərinə başlanılıb", - məlumatda vurğulanıb

Son xəbərlər