Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq

11.07.2025 20:05 669
Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
Robotik Reabilitasiya Mərkəzi 30 çarpayılıq İnsult (Stroke) Mərkəzi, kəllə-beyin və onurğa travmasından sonra reabilitasiyanın həyata keçirildiyi 30 çarpayılıq Neyrotravma bölməsindən ibarət olacaq.

Bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, sözügedən mərkəzdə ambulator və stasionar reabilitasiya xidməti göstəriləcək:

"Mərkəzdə dünyanın aparıcı markalarından eksoskeletlər, yürüş analiz sistemləri, qavrayış və motor inteqrasiya cihazları; həmçinin nevrostimulyasiya, robotik qol-ayaq terapiyası, VR texnologiyası tətbiq olunacaq. Təbii ki, bu sahədə peşəkar komanda da önəmlidir. Multidisiplinar komandamızda fizioterapevtlər, reabilitoloqlar, nevroloqlar, ortopedlər, psixoloqlar, loqopedlər, beynəlxalq təcrübəyə malik mütəxəssislər təmsil olunacaq, fərdi bərpa planlarının yaradılması və davamlı qiymətləndirmə tətbiq ediləcək”.

Son xəbərlər